Ana Sayfa > Hadisə > Azad edilən ərazilərə icazəsiz daxil olan şəxslər saxlanılıb

Azad edilən ərazilərə icazəsiz daxil olan şəxslər saxlanılıb


30-12-2021, 11:46. Yazar: admin
Azad edilən ərazilərə icazəsiz daxil olan şəxslər saxlanılıb

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində işğaldan azad edilən ərazilərə nəzarət postlarından kənar yollarla və müvafiq icazəsi olmadan keçən 2 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan DİA.AZ-a verilən məlumata görə, araşdırmalarla onların Laçın rayon sakinləri - Qurban Həşimov və Cavanşir Qurbanov olduqları müəyyən edilib.

Xəbərdarlıqlara baxmayaraq minalardan və partlamamış sursatlardan tam təmizlənməmiş ərazilərə daxil olduqlarına görə həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə inzibati qaydada C.Qurbanov 10 gün müddətinə həbs, Q.Həşimov isə cərimə edilib.
Geri dön