Ana Sayfa > Hadisə > Vətəndaşla kobud rəftar edən polis mayoru daxili işlər orqanlarından xaric edilib
Vətəndaşla kobud rəftar edən polis mayoru daxili işlər orqanlarından xaric edilib29-12-2021, 20:44. Yazar: admin |
Vətəndaşa qarşı kobud rəftar edən polis mayoru İlkin Süleymanov vəzifəsindən azad olunub. APA-nın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməliyyat müvəkkili İlkin Süleymanov daxili işlər orqanlarından xaric edilib. Qeyd edək ki, İ. Süleymanov bundan əvvəl Gəncə Beynəlxalq Hava Limanında Xətt Rayon Polis Şöbəsinin rəisi olub. O, bir neçə ay əvvəl Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə təyinat almışdı. Sail Ağasəlim Geri dön |