Ana Sayfa > Hadisə > Qəza törədən moped sürücüləri necə cəzalandırılır? - VİDEO

Qəza törədən moped sürücüləri necə cəzalandırılır? - VİDEO


14-12-2021, 17:31. Yazar: admin
Qəza törədən moped sürücüləri necə cəzalandırılır? - VİDEO

Son zamanlar paytaxtda moped qəzalarına tez-tez rast gəlinir. Avtomobil sürücüləri hər hansı qəza törətdikdə polis əməkdaşları onlarla bağlı müvafiq tədbirlər görə bilirsə, mopedlərin nömrələri olmadığından bu nəqliyyat vasitələrinin sürücüləri qəza törətdikdə əksər hallarda hadisə yerindən qaçır. Moped sürücülərinin bu kimi davranışlarına qarşı yol polisi də aciz qalıb.

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı Araz Ələsgərli bildirib ki, motor həcmi 50 kubsantimetrə qədər olan nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük hüququ, eləcə də onların dövlət qeydiyyatına alınması hələ ki qanunvericilikdə nəzərdə tutulmayıb.

“Bu nəqliyyat vasitələri ilə törədilmiş qəzaların, eləcə də qayda pozuntularının xüsusi texniki vasitələrlə aşkarlanması mümkünsüzdür”, - deyə DİN-in əməkdaşı qeyd edib.
Geri dön