Ana Sayfa > Hadisə > Gəncədə bir ailənin üç üzvü dəm qazından zəhərləndi

Gəncədə bir ailənin üç üzvü dəm qazından zəhərləndi


10-12-2021, 09:24. Yazar: admin
Gəncədə bir ailənin üç üzvü dəm qazından zəhərləndi

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə şəhərin Ələddin Quliyev küçəsində baş verib.

1957-ci il təvəllüdlü X.Əliyev, 1985-ci il təvəllüdlü E.Əliyeva və 2008-ci il təvəllüdlü X.Əliyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Xəstələrə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.

İlkin məlumata görə, onlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Geri dön