Ana Sayfa > Hadisə > Bakıda "AA" seriyalı avtomobil piyadanı vurub ÖLDÜRDÜ

Bakıda "AA" seriyalı avtomobil piyadanı vurub ÖLDÜRDÜ


2-12-2021, 10:01. Yazar: admin
Bakıda "AA" seriyalı avtomobil piyadanı vurub ÖLDÜRDÜ
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Vertikal.az xəbər verir ki, hadisə Səbail rayonu, Yeni Salyan yolunda, Bibiheybət məscidi yaxınlığında baş verib.

Saat 07.00 radələrində şəhər istiqamətində hərəkətdə olan "10-AA-659" dövlət nömrə nişanlı “BMW” markalı minik avtomobili yolu keçmək istəyən 20-25 yaşlı gənci vurub. Piyada hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.
Geri dön