Ana Sayfa > Hadisə > Baş prokurorun birinci müavini hərbi helikopterin qəzaya uğradığı əraziyə getdi
Baş prokurorun birinci müavini hərbi helikopterin qəzaya uğradığı əraziyə getdi30-11-2021, 13:14. Yazar: admin |
Baş prokurorun birinci müavini Elçin Məmmədov və Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğradığı əraziyə gediblər. Vertikal.az xəbər verir ki, hazırda hadisənin səbəbləri araşdırılır. Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var. Geri dön |