Ana Sayfa > Hadisə > Saakaşvilinin məhkəməsinin keçirildiyi binanın ətrafında qarşıdurma olub, yaralananlar var - FOTO
Saakaşvilinin məhkəməsinin keçirildiyi binanın ətrafında qarşıdurma olub, yaralananlar var - FOTO29-11-2021, 11:50. Yazar: admin |
Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvilinin məhkəməsinin keçirildiyi Tbilisi Şəhər Məhkəməsinin ətrafına toplanmış aktivistlərlə polis arasında qarşıdurma baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, məhkəmə binasının yaxınlığındakı beton məhəccərə dırmanmağa çalışan etirazçılara polis icazə verməyib. Nəticədə tərəflər arasında fiziki qarşıdurma yaranıb, xəsarət alanların olduğu bildirilir. Gürcüstan Daxili İşlər Nazirliyi vəziyyətlə əlaqədar yaydığı bəyanatda aksiyanın təşkilatçılarını və siyasi liderləri zorakılığa yol verməməyə çağırıb. Geri dön |