Ana Sayfa > Hadisə > Bakıda atanın davasından uşaqları zərər çəkdi: 5 və 6 yaşlı övladları yandı

Bakıda atanın davasından uşaqları zərər çəkdi: 5 və 6 yaşlı övladları yandı


22-11-2021, 13:13. Yazar: admin
Bakıda atanın davasından uşaqları zərər çəkdi: 5 və 6 yaşlı övladları yandı
Bakıda iki azyaşlı qardaş yanıq xəsarətləri alıb.

Vertikal az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini T.Əbdurrəhmanov yaşadığı evdə keçmiş bacanağı ilə münaqişə edib.

Hadisə zamanı qaynar çaydanın dağılması nəticəsində T.Əbdürrəhmanovun 5 və 6 yaşlı uşaqları yanıq xəsarətləri alıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.
Geri dön