Ana Sayfa > Hadisə > QƏZA OLDU, BİZNESMENİN BAŞSIZ MEYİTİ MAŞININ YÜK YERİNDƏ AŞKARLANDI - Polis Kazinyanın ölümü ilə bağlı araşdırmaya başladı

QƏZA OLDU, BİZNESMENİN BAŞSIZ MEYİTİ MAŞININ YÜK YERİNDƏ AŞKARLANDI - Polis Kazinyanın ölümü ilə bağlı araşdırmaya başladı


21-11-2021, 20:31. Yazar: admin
QƏZA OLDU, BİZNESMENİN BAŞSIZ MEYİTİ MAŞININ YÜK YERİNDƏ AŞKARLANDI - Polis Kazinyanın ölümü ilə bağlı araşdırmaya başladı

Rusiyanın Sankt-Peterburq şəhərində erməni biznesmen qətlə yetirilib. RİA Novosti xəbər verir ki, biznesmenin öldürülməsi yol qəzası nəticəsində məlum olub.

Belə ki, noyabrın 20-də şəhərin Leninqrad vilayətində magistral yolda maneəyə çırpılan “Mitsubishi Galant” markalı avtomobilinin yük yerindən başsız kişi meyiti düşüb.

Sürücü və iki sərnişin hadisə yerindən qaçmaq istəsələr də, polis onları saxlaya bilib. Avtomobilin yük yerindən düşən meyitin isə 50 yaşlı İrəvan sakini, iş adamı Arkadi Kazinyan olduğu müəyyən edilib.

Məlum olub ki, erməni iş adamı Sankt-Peterburqun Kalinin rayonunda “Laquna” kooperativinin qarajında öldürülüb. Avtomobildə olan şəxslər isə meyiti meşədə basdırmaq üçün aparırlarmış.

Hazırda saxlanılan şəxslər müstəntiqlər tərəfindən dindirilir.
Facebook-da paylaş
Geri dön