Ana Sayfa > Hadisə > Azərbaycanda bir ailənin üç üzvü dəm qazından zəhərləndi

Azərbaycanda bir ailənin üç üzvü dəm qazından zəhərləndi


17-11-2021, 09:19. Yazar: admin
Azərbaycanda bir ailənin üç üzvü dəm qazından zəhərləndi
Goranboyda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.

Unikal.org-un məlumatına görə, hadisə Qarasüleymanlı kəndində baş verib.

Belə ki ata, ana və övladı - 1994-cü il təvəllüdlü Yəhyayeva Nurcan Çapay qızı, 1989-cü il təvəllüdlü Yəhyayev Misir Bəhruz oğlu və 2014-cü il təvəllüdlü Yəhyayev Elcan Misir oğlu kənddə yaşadıqları evdə dəm qazından zəhərlənərək xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, təxminən eyni saatlarda rayonun daha bir kəndində oxşar hadisə baş verib. 1990-cü il təvəllüdlü Qarbucaq kənd sakini İbrahimova Lamiyə Şamil qızı da dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Geri dön