Ana Sayfa > Hadisə > Toylara görə həbs edilənlərin sayı açıqlandı

Toylara görə həbs edilənlərin sayı açıqlandı


5-11-2021, 11:20. Yazar: admin
Toylara görə həbs edilənlərin sayı açıqlandı
"Ölkə üzrə xüsusi karantin rejim dövründə toy şənliklərinin keçirilməsi qaydalarının pozulmasına görə 33 cinayət işi başlanıb".
Vertikal.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Onun sözlərinə görə, 38 nəfər inzibati həbs olunub, 2822 nəfər cərimələnib: "Onlardan 1835 nəfər fərdi evlərdə toy təşkil edənlər olub. COVİD-19 pasportu olmayan 52.353 toy şənliklərinə buraxılmayıb".
Geri dön