Ana Sayfa > Hadisə > 11 yaşında ana olan qızın qardaşı da müəssisəyə yerləşdirildi

11 yaşında ana olan qızın qardaşı da müəssisəyə yerləşdirildi


4-11-2021, 16:15. Yazar: admin

11 yaşında ana olan qızın qardaşı da müəssisəyə yerləşdirildi
Zorakılığa məruz qalaraq uşaq dünyaya gətirən 11 yaşlı qızın qardaşı da müəssisəyə yerləşdirilib.

Unikal.org-un məlumatına görə, bunu Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Haşımov bildirib.

O qeyd edib ki, uşaq artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsindədir.

Azyaşlının anası da artıq Agentliyin sığınacağına yerləşdirilib. Burada ona müvafiq sosial-psixoloji reabilitasiya tədbirləri çərçivəsində xidmət göstərilməsinə başlanıb.


Geri dön