Ana Sayfa > Hadisə > Polisdən Nəsimi rayonunda daha bir UĞURLU ƏMƏLİYYAT - VİDEO
Polisdən Nəsimi rayonunda daha bir UĞURLU ƏMƏLİYYAT - VİDEO4-11-2021, 11:59. Yazar: admin |
Vertikal.az: - Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 3 nəfər tutulub. Əməliyyat zamanı paytaxt sakinləri Ceyhun Rufullayev, Nəsimi Babayev və Rüfət Quliyev saxlanılıblar. Bu barədə DİA.AZ-a DİN-dən verilən məlumatda deyilir. Onların üzərindən satış üçün hazır şəkildə qablaşdırdıqları narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib. Araşdırma zamanı bu şəxslərin sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdən birinin vətəndaşının təsiri altına düşərərək ölkə ərazisində narkokuryerliklə məşğul olduqları və həmin şəxsin qaçaqmalçılıq yolu ilə göndərdiyi narkotik vasitələrin paytaxt ərazisində satışını təşkil etdikləri məlum olub. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata kenirilən digər bir əməliyyat zamanı isə avtomobillərdən oğurluqlar edən şəxs saxlanılıb. Belə ki, Polis Şöbəsinə rayon ərazisində “Nissan” markalı bir avtomobildən 1000 manat dəyərində çantanın oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəvan Abdullayev müəyyən edilərək saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun müxtəlif vaxtlarda Nəsimi və Yasamal rayonlarında 9 avtomobildən ümumilikdə 2424 manat pul, bankomat kartları, 1150 manat dəyərində eynəklər, mobil telefonlar, içərisində 150 manat dəyərində qızıl sırğa və 2 ədəd yaddaş kartı olan çanta, eləcə də kosmetik əşyalar oğurlaması müəyyən edilib. Qeyd edilən faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər istintaqa cəlb olunublar. Geri dön |