Ana Sayfa > Hadisə > Universitet laboratoriyasında partlayış: Ölənlər var

Universitet laboratoriyasında partlayış: Ölənlər var


25-10-2021, 10:50. Yazar: admin

Universitet laboratoriyasında partlayış: Ölənlər var
Çinin şərqindəki Jiangsu vilayətindəki universitet laboratoriyasında partlayış ölümlə nəticələnib.

Unikal.org xəbər verir ki, Çin Qlobal Televiziya Şəbəkəsinin (CGTN) məlumatına görə, yanğınsöndürmə rəsmiləri Nankindəki Aeronavtika və Astronavtika Universitetinin Material Elmləri və Texnologiyaları Departamentinin laboratoriyasında partlayış baş verdiyini bildiriblər.

Partlayışda 2 nəfərin həyatını itirdiyini ifadə edən səlahiyyətlilər, 9 yaralının xəstəxanada müalicə altına alındığını qeyd edib.

Partlayışla bağlı araşdırmalara başlanılıb.
Geri dön