Ana Sayfa > Hadisə > Bakıda DƏHŞƏTLİ QƏTL - Ər arvadını məftillə boğdu

Bakıda DƏHŞƏTLİ QƏTL - Ər arvadını məftillə boğdu


22-10-2021, 09:49. Yazar: admin
Bakıda DƏHŞƏTLİ QƏTL - Ər arvadını məftillə boğdu

Oktyabrın 21-i saat 19 radələrində Qaradağ rayonu, Sahil qəsəbə sakini 1990-cı il təvəllüdlü Aliyə Məmmədovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ Rayon Prokurorluğundan Musavat.com-a verilən məlumata görə, zərərçəkmişin əri, 1985-ci il təvəllüdlü Vilayət Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aliyə Məmmədovanı məftillə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Vilayət Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Geri dön