Ana Sayfa > Hadisə / Manşet > Tovuzda meşə – QIRĞINI
Tovuzda meşə – QIRĞINI7-05-2015, 10:17. Yazar: admin |
Tovuz rayonunun Qazıqulu kəndində 45 hektarlıq ərazi hələ bu ilin mart ayında 2000 ağacın əkilməsi üçün hazırlanmışdı. Bu hazırlıq işlərinin həyata keçirilməsi üçün idarənin büdcəsindən 70 min manat vəsait ayrılmış və ərazinin yeni meşə massivi salınması üçün hazırlanmasına sərf edilmişdi. Lakin bu günə qədər göstərilən ərazidə yeni meşə massivinin salınması istiqamətində hər hansı bir işin aparıldığı bəlli deyil. Gundeminfo.az-a məlumat verən yerli sakinlərdən biri iddia edir ki, Tovuzun Meşə Mühafizəsi və Bərpası İdarəsində nəzərdə tutulmuş digər işlər də qənaətbəxş deyil. Belə ki, rayonda meşəçilər 6000 -dən çox toxum tədarük edərək əkməli olsalar da sonradan bununla bağlı da informasiya almaq mümkün deyil. Qazıqulu kəndində əkilən ağaclar və digər nəzərdə tutulmuş ərazilərdə əkilmiş badam tinglərinin də yarıdan çoxunun tələf olduğu söylənilir. Yəni mart ayında əkilən ağaclara idarənin dövlət büdcəsindən ayrılmış xərclərinin ünvanı üzrə istifadə edilməməsi nəticəsində, tinglərə qulluq edilmədiyindən quruma, tələf olma prossesi başlayıb. Məlumatlara əsasən Tovuz rayonunun dağlıq ərazilərindəki meşələr amansızcasına məhv edilir. Rayonun Şıxheybət və Qoşa kəndləri arasında– “Aralıq”, “7 bulaq”, “Şıxınyalı”, “Kərtdəmələr”, “İtqırılan” və s. adlanan ərazilər daha acınacaqlı vəziyyətdədir. Deyilənə görə, palıd, göyrüc, fısdıq, çökə və s. kimi ağacların “soyqırım” əməliyyatı bu sərhəd ərazilərində yerləşən hərbi hissə əsgərlərinin iştirakı və Meşə Təsərrüfatı İdarəsinin əli ilə, özü də neçə illərdir ki, həyata keçirilir. Onu da söyləyirlər ki, adı çəkilən ərazilər elə günə qoyulub, bu yerlərdə sanki heç əvvəldən meşə olmayıb, hər yan boz çölləri xatırladır. Bundan başqa daxil olan məlumatlara əsasən Tovuzda meşələrin qırılması faktları da son zamanlar kifayət qədər artıb. Mənbə iddia edir ki, Tovuz meşələrindəki palıd, badam və şam ağacları Ağstafa və Tovuzda yerləşən mebel sexlərinə satılır. Eyni zamanda rayonun dağətəyi kəndlərində yerli fermer təsərrüfatlarına meşə torpaqlarının satılması nəticəsində meşə massivlərində şoranlaşma prossesi sürətlənib. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. Geri dön |