Ana Sayfa > Hadisə > Aeroport yolunda qəza: Piyada hadisə yerində öldü

Aeroport yolunda qəza: Piyada hadisə yerində öldü


19-10-2021, 09:36. Yazar: admin
Aeroport yolunda qəza: Piyada hadisə yerində öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə gecə saatlarında Sabunçu rayonunda baş verib.

Belə ki, aeroport yolunda orta yaşlı kişi (ad və soyadı dəqiqləşdirilir-red) yolun piyadalar üçün müəyyən olunmayan hissəsindən keçərkən avtomobil onu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.
Geri dön