Ana Sayfa > Hadisə > Qaydaları pozan sahibkar böyük miqdarda CƏRİMƏLƏNDİ - FOTO

Qaydaları pozan sahibkar böyük miqdarda CƏRİMƏLƏNDİ - FOTO


12-10-2021, 18:08. Yazar: admin

Qaydaları pozan sahibkar böyük miqdarda CƏRİMƏLƏNDİ - FOTO
Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin qaydalarını pozan şadlıq evi rəhbərliyi məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Belə ki, aparılan yoxlamalar zamanı rayon ərazisində fəaliyyət göstərən “Fərid” şadlıq sarayında təşkil edilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi müəyyən olunub.

Həmin obyektin sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4 000 manat məbləğində cərimə olunub.




Geri dön