Ana Sayfa > Hadisə > Admiralın həyat yoldaşı öldürülüb - Özü şübhəli bilinir
Admiralın həyat yoldaşı öldürülüb - Özü şübhəli bilinir26-07-2021, 12:50. Yazar: admin |
Sankt- Peterburqda Rusiya Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Leonid Lobanovun həyat yoldaşı və oğlu bıçaqlanaraq öldürülüb. Bu barədə “Sherg.az” “RİA Novosti”yə istinadən xəbər verir. Bildirilir ki, faciə şənbə günü Butlerov küçəsində baş verib. Qapıdan gələn qoxudan şübhələnən qonşular polisə müraciət ediblər. Qətldə Leonid Lobanov özü şübhəli bilinir. Hadisə ilə bağlı cinayət işi açılıb. Geri dön |