Ana Sayfa > Hadisə > Bakıda 20 yaşlı qız özünü dənizə ataraq intihar edib
Bakıda 20 yaşlı qız özünü dənizə ataraq intihar edib24-07-2021, 17:56. Yazar: admin |
Fövqəladə Hallar Nazirliyin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub. Musavat.com-un Nazirliyin saytına istinadən xəbər verir ki, dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 2001-ci il təvəllüdlü Məmmədova Nigar Şamo qızının meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Geri dön |