Ana Sayfa > Hadisə > Ayı 16 yaşlı uşağı parçalayaraq yedi - FOTO

Ayı 16 yaşlı uşağı parçalayaraq yedi - FOTO


23-06-2021, 13:03. Yazar: admin
Ayı 16 yaşlı uşağı parçalayaraq yedi - FOTO

Rusiya milli parkda baş verən dəhşətli hadisə yalnız Rusiya mediasında deyil, bütün dünyada xəbər başlıqlarına çevrilib. 16 yaşlı yeniyetmə oğlan ayının hücumuna məruz qalıb.
“Sherg.az” “Milliyet.com”a istinadən bildirir ki, ac ayı gənci yarıya qədər yeyib, itkin uşağı axtarmağa gələnlərə isə hücum edib.
“Ergaki” Milli Parkındakı polislər hadisə yerinə gəldikdə yeniyetmənin parçalanmış qalıqları üzərində uzanan ayını görüblər. Yaralı ayıya atəş etdikdə isə vəhşi heyvan qaçıb.
Ertəsi gün səhər tezdən polislərə hücum etməyə çalışan heyvan öldürülüb.

Geri dön