Ana Sayfa > Hadisə > Abşeronda məktəb direktoru barəsində cinayət işi başlanıb

Abşeronda məktəb direktoru barəsində cinayət işi başlanıb


20-05-2021, 15:51. Yazar: admin

Abşeronda məktəb direktoru barəsində cinayət işi başlanıb
Bəzi kütləvi informasiya vasitələrində Abşeron rayonu Mehdiabad qəsəbəsi 5 nömrəli tam orta məktəbin direktoru Samirə Əkbərovanın vətəndaşı işə düzəltmək adı ilə rüşvət alması ilə bağlı məlumatlar dərc olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə,Abşeron rayon prokurorluğuna daxil olmuş müraciət əsasında aparılmış ilkin yoxlama zamanı müəyyən edilibki, 5 nömrəli tam orta məktəbin direktoru Samirə Əkbərova etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə vətəndaşdan qızını Bakı şəhəri ərazisində yerləşən məktəblərin birində ixtisası üzrə işlə təmin edəcəyini vəd etməklə 7 min manat məbləğində pul vəsaitini almaqla dələduzluq edib.
Qeyd edilən fakt üzrə Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri aparılmaqla cinayət əməllərinə yol vermiş şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi təmin ediləcək.


Geri dön