Ana Sayfa > Hadisə > Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb - RƏSMİ

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb - RƏSMİ


17-04-2021, 11:37. Yazar: admin
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb - RƏSMİ

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 32 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.
Geri dön