Ana Sayfa > Hadisə > Bakıda ana və 1 yaşlı körpəsini maşın vurdu, körpə öldü

Bakıda ana və 1 yaşlı körpəsini maşın vurdu, körpə öldü


16-04-2021, 10:30. Yazar: admin

Bakıda ana və 1 yaşlı körpəsini maşın vurdu, körpə öldü
Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində baş verib.

Südçülük sovxozu ərazisində 1987-ci il təvəllüdlü Qasımova Sevda Rasim qızı və qucağında olan 1 yaşlı Yusifov Fərid Vəhab oğlunu "BMW" markalı nəqliyyat vasitəsi vurub. Hadisə nəticəsində 1 yaşlı F.Yusifov ölüb. Ağır xəsarət alan S.Qasımova isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Geri dön