Ana Sayfa > Hadisə > "Qaçqınkom"da aşkarlanan nöqsanlarla bağlı materiallar Baş Prokurorluğa göndərilib
"Qaçqınkom"da aşkarlanan nöqsanlarla bağlı materiallar Baş Prokurorluğa göndərilib5-04-2021, 12:55. Yazar: admin |
Hesablama Palatası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində satınalmalarla bağlı nöqsanlara dair materialları Baş Prokurorluğa göndərib. APA-nın məlumatına görə, bu barədə “Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatda bildirilir. Hesabatda qeyd edilib ki, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair uyğunluq auditi üzrə - malların (işlərin və xidmətlərin) satınalınması zamanı satınalma proseduru keçirilmədən müqavilələr bağlanılaraq, dövlət büdcəsi vəsaitlərinin xərclənməsi səbəbindən inzibati məsuliyyət üzrə materiallar Baş Prokurorluğa təqdim edilib. Geri dön |