Ana Sayfa > Hadisə > İstanbulda silahlı insident olub, azərbaycanlı güllələnərək öldürülüb

İstanbulda silahlı insident olub, azərbaycanlı güllələnərək öldürülüb


1-04-2021, 12:35. Yazar: admin


İstanbulun Başakşehir rayonunda silahlı qruplar arasında baş verən atışma nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.

“Report” xəbər verir ki, məlumatı yerli KİV yayıb.

Bildirilib ki, ölənlərdən biri Azərbaycan, ikisi isə Rusiya vətəndaşıdır. Yaralanan isə suriyalıdır.

Məlumata görə, Başakşehir rayonun Bahçeşehir hissəsində martın 31-də yerli vaxtla saat 18 radələrində 6 xarici ölkə vətəndaşı arasında baş verən mübahisə sonradan atışma ilə nəticələnib. Sonucda Rusiya vətəndaşları olan çeçen Z.N. və K.Y. güllə yarasından ölüblər. Azərbaycan əsilli R.R. yaralanıb. O, xəstəxanaya çatdırılsa da, orada aldığı yaradan ölüb. M.Y. adlı suriyalının isə vəziyyəti ağırdır.

Bildirilib ki, hadisə alış-verişlə bağlı mübahisədən sonra baş verib. Yaralı suriyalı bildirib ki, onun birlikdə Gürcüstanın 3 vətəndaşı da olub. Ancaq onlar hadisə yerindən qaçıblar. Polis həmin şübhəliləri axtarır.

Bölgədəki sakinlər hadisəni telefonla çəkiblər.


Geri dön