Ana Sayfa > Hadisə > BDU-nun iki dosenti vəfat edib
BDU-nun iki dosenti vəfat edib28-03-2021, 12:24. Yazar: admin |
![]() Bakı Dövlət Universitetinin (BDU) iki dosenti vəfat edib. Universitetdən "Report"a bildirilib ki, Biologiya fakültəsinin dosenti Pünhan Mustafa oğlu Əfəndiyev 83 yaşında dünyasını dəyişib. P.Əfəndiyev 1967-ci ildən universitetdə pedaqoji fəaliyyətə başlayıb. O,geobotanika, bitki morfologiyası, Azərbaycan florası sahəsində elmi-tədqiqat işləri aparıb. 67 elmi məqalənin, 3 metodiki göstəricinin, 1 dərs vəsaiti və 1 monoqrafiyanın müəllifidir. BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Politologiya və sosiologiya kafedrasın dosenti Azər Mehdi oğlu Şirinov isə 84 yaşında dünyasını dəyişib. A.Şirinov 1973-cü ildən universitetdə pedaqoji fəaliyyətə başlayıb. 100-dən artıq elmi və publisistik məqalənin, 5 kitabın müəllifidir. Allah rəhmət eləsin! Geri dön |