Ana Sayfa > Hadisə > Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb
Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb1-03-2021, 10:13. Yazar: admin |
VERTİKAL.az: - 2021-ci il fevral ayının 27-dən martın 1-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. DİN-in Mətbuat Xidmətindən DİA.AZ-a verilən məlumata görə, - Respublikanın daxili işlər orqanları tərəfindən, 2 gün ərzində törədilmiş 64 cinayətin üstü “isti izlər”lə açılmışdır. - Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunmuşdur. - Axtarışda olduğuna görə ümumilikdə 41 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüşdür. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir. - Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılmışdır. Geri dön |