Ana Sayfa > Hadisə > Sevil Atakişiyevanın intihar faktı ilə bağlı cinayət işi başlanılıb

Sevil Atakişiyevanın intihar faktı ilə bağlı cinayət işi başlanılıb


22-02-2021, 17:10. Yazar: admin

Sevil Atakişiyevanın intihar faktı ilə bağlı cinayət işi başlanılıb
Bakıda 20 yaşlı Sevil Atakişiyevanın intihar faktı ilə bağlı cinayət işi başlanılıb.

Sevil Atakişiyevanın intihar faktı ilə APA-ya verilən məlumata görə, Xətai rayon prokurorluğunda 2001-ci il təvəllüdlü Sevil Atakişiyevanın intihar faktı ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırmanı nəzərdə tutan 125-ci maddəsi ilə cinayət işi açılıb.

"2001-ci il təvəllüdlü Atakişiyeva Sevil Samir qızının fevralın 21-də saat 20 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən yeni inşa edilmiş binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı üzrə toplanmış materiallar əsasında Xətai rayon prokurorluğunda CM 125-ci maddəsi ilə cinayət işi açılıb", - deyə Baş prokurorluğun mətbuat xidmətindən bildirilib.
Geri dön