Ana Sayfa > Hadisə > Bakıda gənc oğlan kürəyindən bıçaqlanıb
Bakıda gənc oğlan kürəyindən bıçaqlanıb7-02-2021, 05:08. Yazar: admin |
![]() Bakının Xətai rayonunda 29 yaşlı oğlan küçədə naməlum şəxs tərəfindən bıçaqlanıb. vertikal.az xəbər verir ki, hadisə Həzi Aslanov küçəsində qeydə alınıb. 1992-ci il təvəllüdlü Səlimov Ələkbər İnqilab oğlu naməlum şəxsin hücumuna məruz qalıb. O, kürək nahiyəsindən bir neçə bıçaq xəsarəti alıb. Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırır. Geri dön |