Ana Sayfa > Hadisə > Rasim Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib
Rasim Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib1-02-2021, 09:36. Yazar: admin |
Səbail Rayon Məhkəməsində "Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın təqdimatına baxılıb. Keçirilən prosesdə təqdimat təmin edilib. Qərara əsasən, R.Məmmədov barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, R. Məmmədov barəsində Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.(apa) Geri dön |