| Ana Sayfa > Hadisə > Nazir: "Gəncədə axtarış-xilasetmə işləri davam etdirilir" Nazir: "Gəncədə axtarış-xilasetmə işləri davam etdirilir"17-10-2020, 09:51. Yazar: admin | 
|  “Hadisə baş verəndən dərhal sonra axtarış-xilasetmə işlərinə başlanılıb, 10 nəfərdən çox mülki şəxs həlak olub. Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Əraziyə təkrar baxışlar keçiriləcək, dəyən ziyan müəyyənləşdiriləcək". APA-nın məlumatına görə, bunu səhər saatlarında Gəncəyə gəlmiş fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib. Nazir bildirib ki, Gəncədə əhali təmkinlidir, heç bir təşviş yoxdur: "Təkcə Gəncə deyil, digər şəhər və rayonlarda da yaşayış məntəqələrini raket atəşinə tuturlar, bu, vandalizmdir. Erməni vandalları dərslərini alırlar, Azərbaycan Ordusu qətiyyətlə irəliləyir. Ali Baş Komandan tarix yazır". Geri dön |