Ana Sayfa > Hadisə / Manşet > «Karvan»da sahibkarlar qan ağlayır

«Karvan»da sahibkarlar qan ağlayır


28-04-2015, 10:48. Yazar: admin
«Karvan»da sahibkarlar qan ağlayır
Bir müddət əvvəl iki dəfə yanan Sumqayıtdakı «Karvan» Ticarət Mərkəzində alverlə məşğul olan kiçik sahibkarlar çətin vəziyyətə düşüblər. JAM.AZ xəbər verir ki, mərkəzin rəhbəri Ağamirzə Əhədovun qoyduğu qaydalara uyğun olaraq alının yerpullarının miqdarı artırılıb. Əvəzində isə sahibkarlara verilən dükanların sahəsi azalıb.

Məlumatda qeyd edilir ki, manatın devalivasiyasından sonra vəziyyətləri daha da ağırlaşan kiçik iş adamları nə edəcəklərini bilmirlər. Onların bildirdiyinə görə, yanğından sonra sahibkarlara ticarətlə məşğul olmaq üçün 2,20 mX1,20 m ölçüdə dükanlar verilib. Hər bir dükanın aylıq icarə haqqısı isə 200-500 manat arasında dəyişir. Bu da dükanın yerindən asılı olaraq müəyyən edilmiş qiymətdir.

Məlumatda vurğulanır ki, sahibkarlar güzəşt tələb etsələr də, «Karvan»ın rəhbəri Ağamirzə Əhədov belə bir addım atmayacağını bəyan edib. Nəticədə, bir çoxları ziyana düşdükləri üçün ticarəti buraxaraq, çəkiliblər. « «Karvan» iki dəfə yananda mallarımız tələf oldu, ciddi ziyana düşdük. Bizim istəyimiz odur ki, bunu nəzərə alıb müəyyən müddət üçün bizə güzəşt tətbiq eləsinlər. Məsələn, yerpullarını azaltsınlar, dükanları qismən böyütsünlər. Amma bu təkliflərimizi kimə deyiriksə, əhəmiyyət verən olmur. Səbəbini də izah etmirlər. Görünür, daha çox pul qazanmaq üçün çalışırlar».

Geri dön