Ana Sayfa > Hadisə > Trampı zəhərləməyə cəhd edən şəxs Kanadaya qaçarkən tutuldu
Trampı zəhərləməyə cəhd edən şəxs Kanadaya qaçarkən tutuldu21-09-2020, 11:33. Yazar: admin |
ABŞ Prezidenti Donald Trampa zəhərli risin maddəsi olan bağlamanı göndərən qadın olub. Bu barədə CNN hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb. Polislər silahlı qadını Nyu-York ştatında saxlayıblar. Tezliklə onun barəsində ittiham irəli sürüləcək. Adı açıqlanmayan qadının ABŞ-ın gömrük və sərhəd xidmətlərinin əməkdaşları tərəfindən “Sülh körpüsü” keçid məntəqəsində saxlanıldığı bildirilir. Ağ Evə zəhərli risin maddəsi göndərən qadın ABŞ-dan Kanadaya keçmək istəyib. Geri dön |