Ana Sayfa > Hadisə > Bakıda altı nəfər dərmandan zəhərlənib

Bakıda altı nəfər dərmandan zəhərlənib


17-09-2020, 11:26. Yazar: admin
Bakıda altı nəfər dərmandan zəhərlənib

Avqust ayı ərzində on iki nəfər dərman zəhərlənməsi ilə müraciət edib.

Bu barədə Oxu.Az-a 1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov məlumat verib.

Həkim bildirib ki, avqust ayı ərzində zəhərlənmələrlə bağlı ölüm faktı qeydə alınmayıb:

“Avqust ayında xəstəxananın Toksikologiya Şöbəsinə 11 nəfər dərman mənşəli allergik reaksiya ilə, üç nəfər sirkə turşusu ilə, üç nəfər isə əqrəb sancması ilə daxil olub. Sirkə turşusu ilə müraciət edən xəstələrdən birinin müalicəsi hələ də davam etdirilir”.

Həkim sentyabr ayının 17 günü ərzində daxil olan müraciətlər arasında da ölüm hallarının qeydə alınmadığını deyib:

“Bu ay ilan sancması ilə iki nəfər, dərman zəhərlənməsi ilə altı nəfər, sirkə turşusu ilə bir nəfər, allergik reaksiya ilə isə dörd nəfər müraciət edib. Onlara ilkin yardım göstərilib və evə buraxılıblar”.

“Aprel-avqust ayları ərzində ümumilikdə 61 nəfər ilan sancması ilə müraciət edib ki, onlardan səkkiz nəfəri azyaşlılar olub”, - deyə A.Maqsudov qeyd edib.
Geri dön