Ana Sayfa > Hadisə > Ədliyyə Nazirliyi inzibati binasında baş verən yanğınla bağlı məlumat yayıb
Ədliyyə Nazirliyi inzibati binasında baş verən yanğınla bağlı məlumat yayıb26-08-2020, 12:51. Yazar: admin |
![]() Ədliyyə Nazirliyi inzibati binasındakı yanğınla bağlı məlumat yayıb. Nazirlikdən APA-ya verilən məlumata görə, bu gün səhər 11 radələrində Ədliyyə Nazirliyinin inzibati binasında 12 kv.m sahəli otaqda qısaqapanma nəticəsində yanğın hadisəsi baş verib: "Nazirlikdə quraşdırılmış yanğın siqnalizasiya sistemi dərhal işə düşüb, daxili yanğından mühafizə avadanlığı istifadə olunmaqla yanğın təxirəsalınmadan söndürülüb. Eyni zamanda, FHN-nin Dövlət Yangından Mühafizə Xidməti dərhal hadisə yerinə gəlib. Xəsarət alan yoxdur, sənədlərə və avadanlığa ziyan dəyməyib. Hadisənin nazirliyin işinə heç bir təsiri olmayıb". Geri dön |