Ana Sayfa > Hadisə > Abşeronda yol qəzası oldu, xəsarət alan var

Abşeronda yol qəzası oldu, xəsarət alan var


25-08-2020, 21:54. Yazar: admin
Abşeronda yol qəzası oldu, xəsarət alan var

Abşeronda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü Aslanov Seyidağa Tahir oğlu bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona bədəninin müştərək travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.
Geri dön