Ana Sayfa > Hadisə > Baş Prokurorluq: Nərminin qəsdən öldürülməsi ilə bağlı cinayət işi Baş prokurorun xüsusi nəzarətindədir
Baş Prokurorluq: Nərminin qəsdən öldürülməsi ilə bağlı cinayət işi Baş prokurorun xüsusi nəzarətindədir21-08-2020, 14:56. Yazar: admin |
![]() Tovuz rayon Dondar Quşçu kənd sakini Nərmin Quliyevanın qəsdən öldürülməsi ilə bağlı Baş Prokurorluğun istintaq idarəsində istintaqı aparılan cinayət işi Baş prokurorun xüsusi nəzarətindədir. APA-nın məlumatına görə, Baş Prokurorluğun “Instagram” səhifəsində aparılan sual-cavab sessiyasında bildirilib ki, hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Qeyd edilib ki, istintaqın nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək. Geri dön |