Ana Sayfa > Hadisə > Məhkəmə Kürdəmir İcra Hakimiyyəti başçısının birinci müavini və şöbə müdiri barəsində qərar verdi

Məhkəmə Kürdəmir İcra Hakimiyyəti başçısının birinci müavini və şöbə müdiri barəsində qərar verdi


20-08-2020, 12:48. Yazar: admin
Məhkəmə Kürdəmir İcra Hakimiyyəti başçısının birinci müavini və şöbə müdiri barəsində qərar verdi

Kürdəmir rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzov və ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimovun barəsində həbs qətimkan tədbiri seçilib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Binəqədi rayon Məhkəməsində hakim Fərid Əmirəliyevin sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.

Tacəddin Novruzov və Natiq Kərimovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İstintaq orqanı tərəfindən Tacəddin Novruzov və Natiq Kərimovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.

Kürdəmir rayon İcra Haki miyyəti başçısının birinci müavini Tacəddin Novruzov və ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov Baş prokuror yanında Korupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.
Geri dön