Ana Sayfa > Hadisə > Gürcüstana qanunsuz keçmək istəyən 14 nəfər saxlanıldı
Gürcüstana qanunsuz keçmək istəyən 14 nəfər saxlanıldı11-08-2020, 11:18. Yazar: admin |
Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi tədbirləri davam etdirir. DSX-nin Mətbuat Mərkəzindən "Report"a verilən məlumata görə, avqustun 10-u saat 03:05 radələrində “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıqlı kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində naməlum şəxslərin hərəkəti sərhəd naryadı tərəfindən aşkar edilib. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb və sərhəd naryadı tərəfindən “Dayan” əmri verilib. Nəticədə xidməti ərazidə hərəkətdə olan 14 nəfər şübhəli şəxs sərhəd pozucusu qismində saxlanılıb. Saxlanılan şəxslərin Ağstafa rayon sakinləri olmaları müəyyən edilmiş, onlardan 7-sinin azyaşlı olması nəzərə alınmaqla Ağstafa rayonu icra hakimiyyətinin başçısı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya təhvil veriliblər. Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir. Geri dön |