Ana Sayfa > Hadisə > Dağıstanın keçmiş rəhbərinin oğlu adam öldürməkdə şübhəli bilinərək saxlanılıb
Dağıstanın keçmiş rəhbərinin oğlu adam öldürməkdə şübhəli bilinərək saxlanılıb29-07-2020, 15:50. Yazar: admin |
Rusiyanın Dağıstan Respublikasının hökumətinin keçmiş rəhbəri Muxtar Məcidovun oğlu Murtuzəli Məcidov 2018-ci ildə tələbəni öldürməkdə şübhəli bilinir. REN TV-nin məlumatına görə, o, iyulun 28-də Moskvada saxlanılıb. İstintaq məlumatına görə, Məcidov tələbə Tomiris Baysafı döyərək pəncərədən itələyib. Xatırladaq ki, tələbə qız 2018-ci ildə dördüncü mərtəbənin pəncərəsindən düşüb. Çoxsaylı sınıq xəsarətləri alan qız xəstəxanaya aparılıb və bir neçə həftə sonra orada ölüb. Əvvəlcə Baysafın ölüm hadisəsi “İntihar həddinə çatdırma” maddəsi ilə araşdırılsa da, sonra cinayət işi “Qətl” kimi təsnif edilib. O zaman tələbələrdən biri qızın ölümündə şübhəli bilinib. Lakin onun bu cinayətdə əlinin olması sübuta yetirilməyib. Geri dön |