Ana Sayfa > Hadisə > Azərbaycanda dəhşət: Ögey ana altı yaşlı qızını vəhşicəsinə döyüb kəndirlədi
Azərbaycanda dəhşət: Ögey ana altı yaşlı qızını vəhşicəsinə döyüb kəndirlədi25-07-2020, 10:05. Yazar: admin |
Astarının Ərçivan kəndində 6 və 10 yaşlı bacı-qardaş ata və ögey ananın işgəncəsinə məruz qalıblar. News24.az xəbər verir ki, 2010-cu il təvəllüdlü Məmmədov Əlihəsən Cavid oğlu və 2014-cü il təvəllüdlü Məmmədova Ruqayə Cavid qızı atası Məmmədov Cavid və analığı Mirzəyeva Sevinc tərəfindən iki il ərzində şiddət görüblər. Belə ki, ata 10 yaşlı oğlunu ondan pul oğurladığını əsas gətirərək, döyüb və əlinə qaynar qaşıq basıb. Altı yaşlı Ruqayənin isə yan nahiyəsində zərbələrdən göyərmə əmələ gəlib. Hətta S.Mirzəyeva azyaşlı Ruqayənin boğazına kəndir bağlayaraq, onun evdən çölə çıxmasına mane olub. Vəhşi əməlin üstünü isə uşaqların dayısı və xalası açıb. Uzun zaman rəhmətə gedən bacılarının uşaqları ilə görüşdürülməyən xala və dayı onlarla görüşən zaman vəziyyətlərinin yaxşı olmadığını və uşaqların bədənlərində xəsarətlərin olduğuna diqqət yetiriblər. Dəfələrlə polisə şikayət olunsa da, uşaqlar ata həyatda olduğuna görə onun himayəsinə verilib. Uşaqlara nənələri qəyyumluq etmək istəsə də, ata və ögey ana buna razılıq vermirlər. Səbəb isə uşaqlara verilən aylıq 60 manatlıq müavinətdir. Hazırda uşaqlar Astara rayon Ərçivan kənd polis idarəsindədirlər. Onların döyülməsinə görə məsuliyyəti ata öz üzərinə götürüb. Uşaqların əmisi Xalid Məmmədov isə açıqlama verərək bildirib ki, uşaqlara işgəncə verən onların ögey anasıdır: “Polis idarəsində cərimə yazıb buraxdılar. Təhqiqatda uşaqlara verilən işgəncələrin ekspertiza nəticəsində təyin olunmasını tələb edirəm. Ailə olaraq bilmək istəyirik ki, uşaqlara kim xəsarət yetirib”. Geri dön |