Ana Sayfa > Hadisə > Prokurorluq xəstəxanadakı ölüm faktını araşdırır
Prokurorluq xəstəxanadakı ölüm faktını araşdırır22-07-2020, 12:56. Yazar: admin |
Prokurorluq xəstəxanadakı ölüm faktını araşdırır DİA.AZ: - İyulun 19-da saat 12 radələrində Ağsu rayon sakini, 1988-ci il təvəllüdlü Məxliqə Fərəcovanın müalicə olunduğu A.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında ölməsi barədə məlumat daxil olmuşdur. Yasamal rayon prokurorluğundan DİA.AZ-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin edilmişdir. İlkin araşdırmalarla müəyyən edilmişdir ki, iyulun 11-də Məxliqə Fərəcova Ağsu Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə yolu ilə cərrahiyyə əməliyyatı olunaraq uşaq dünyaya gətirmiş, lakin iyulun 13-də səhhəti kəskin pisləşdiyindən o, A.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdir. Göstərilən tibbi yardımlara baxmayaraq Məxliqə Fərəcova iyulun 19-da vəfat etmişdir. Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Geri dön |