Ana Sayfa > Hadisə > Azərbaycanlı aktyor koronavirusdan öldü - FOTO
Azərbaycanlı aktyor koronavirusdan öldü - FOTO21-07-2020, 04:17. Yazar: admin |
![]() Azərbaycan teatr ictimaiyyətinə itki üz verib. Bu barədə YUĞ Teatrının “Facebook” hesabında məlumat yerləşdirilib. Qeyd edilib ki, YUĞ Teatrının keçmiş direktoru Cərayıl İsrafilov 69 yaşında vəfat edib. O, 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu dram-kino aktyoru ixtisası üzrə bitirib. Kurs yoldaşları ilə birgə elə həmin il dekabrın 6-da açılışı olan Lənkəran Dram Teatrının truppasının ilk üzvlərindən olub. Bu teatrın səhnəsində müxtəlif maraqlı obrazlar yaradıb. 1991-2007-ci illərdə “YUĞ” Teatrının direktoru vəzifəsində çalışıb. C.İsrafilov professor İsrafil İsrafilovun və YUĞ Dövlət Teatrının aktyoru, Əməkdar artist Fərhad İsrafilovun qardaşıdır. İ.İsrafilov APA-ya verdiyi açıqlamada bildirib ki, qardaşı C.İsrafilov koronavirusdan vəfat edib. Geri dön |