Ana Sayfa > Hadisə / Manşet > “Elba” kombinatı Əhəd Abıyevin rayonunu zibilliyə çevirib
“Elba” kombinatı Əhəd Abıyevin rayonunu zibilliyə çevirib23-04-2015, 11:24. Yazar: admin |
Daşkəsənin ən görkəmli yeri zibilliyə çevrilib. Tia.az-a məktub yazan rayon sakinləri qeyd edirlər ki, ən yüksək və mənzərəli yerdə, yəni köhnə stadionun yanı zibil qəbiristanlığına dönüb. Hətta şəhərdən 10 km aralıda olan “ELBA” kolbasa kombinatı zir-zibilini bura tökür. Zibilin üstü örtülmür, vaxtaşırı yandırırlar. Bu da rayonu üfunət iyi ilə bürüyür, nəfəs almaq mümkün olmur. Şəhər artıq kənd statusu alıb. Belə ki, rayon küçələrində, mənzillərin ətrafında, məhəllələrdə mal –qoyun, toyuq-cücə saxlanılır. Bunların zibilləri təmizlənmir. Regionların İnkişafı Dövlət Proqramı tərsinə yerinə yetirilir. Geri dön |