Ana Sayfa > Hadisə > Rusiyada azərbaycanlı həbs edildi

Rusiyada azərbaycanlı həbs edildi


13-07-2020, 03:15. Yazar: admin
Rusiyada azərbaycanlı həbs edildi

Rusiyada Azərbaycan vətəndaşı hakim qarşısına çıxarılıb.

Bununla bağlı Dağıstan Respublikasının Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, azərbaycanlı 2019-cu ilin sonlarında qanunsuz yolla Dağıstan ərazisinə 24 kiloqram kürü keçirmək istəyərkən saxlanılıb.

“Yaraq-Qazmalar” sərhəd-keçid məntəqəsində baxış zamanı ələ keçirilən malın dəyəri iki milyon rubldur.

Məhkəmənin qərarı ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Geri dön