Ana Sayfa > Hadisə > Azərbaycanda sabiq nazirin anası koronavirusdan vəfat etdi
Azərbaycanda sabiq nazirin anası koronavirusdan vəfat etdi12-07-2020, 16:00. Yazar: admin |
Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, "İmproteks Şirkətlər Qrupu"nun rəhbəri Füzuli Ələkbərova ağır itki üz verib. "Report"un əldə etdiyi məlumata görə, onun anası vəfat edib. F.Ələkbərovun anasının koronavirusdan dünyasını dəyişdiyi bildirilir. Qeyd edək ki, F.Ələkbərov 2006-2013-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində çalışıb. Geri dön |