Ana Sayfa > Hadisə > Sabirabadda baş həkimin oğlu avtomobillə 2 nəfəri vuraraq öldürüb - YENİLƏNİB

Sabirabadda baş həkimin oğlu avtomobillə 2 nəfəri vuraraq öldürüb - YENİLƏNİB


7-07-2020, 14:09. Yazar: admin

Sabirabadda baş həkimin oğlu avtomobillə 2 nəfəri vuraraq öldürüb - YENİLƏNİB
Sabirabadda iki nəfərin ölümünə səbəb olan qəzanı törədən avtomobilin sürücüsünün kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, "Mercedes" markalı avtomobilin sürücüsü Kamran Nəsirlidir.

Qeyd edək ki, K. Nəsirli Sabirabad rayon Vərəm Dispanserinin baş həkimi Rasim Nəsirovun oğludur.

Sabirabad rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, “Mercedes” markalı avtomobil 2 piyada qadını vurub.

Hər iki qadın hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
Geri dön