Ana Sayfa > Hadisə > Sumqayıtda restoran sahibi həbs edildi
Sumqayıtda restoran sahibi həbs edildi6-07-2020, 13:37. Yazar: admin |
Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının iyulun 4-də şəhər ərazisində keçirdikləri tədbirlər nəticəsində şəhər sakini E.Hüseynovun karantin rejimini pozaraq restoran işlətdiyi müəyyən edilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, E.Hüseynov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək 25 gün inzibati həbs edilib. Geri dön |