Ana Sayfa > Hadisə > Bakıda karantin rejimini pozan şəxs həbs edilib
Bakıda karantin rejimini pozan şəxs həbs edilib4-07-2020, 09:49. Yazar: admin |
Bakıda karantin rejimini pozan şəxsdə narkotik maddə aşkarlanıb. APA-nın məlumatına görə, Qasımov Rəşad Ramiz oğlu hüquq-mühafizə orqanları tərəfindən karantin qaydalarını pozduğu üçün saxlanılıb. Saxlanılan zaman onun qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda narkotik maddə gətirdiyi məlum olub. O, saxlanılan zaman hüquq-mühafizə orqanının əməkdaşlarına zor tətbiq edib. R. Qasımov barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda), 206.4-cü (qaçaqmalçılıq) , 234.4.3-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi, külli miqdarda törədildikdə), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 318.2ci (dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verilib. Nəsimi rayon Məhkəməsində istintaq orqanının təqdimatı əsasında R. Qasımov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Geri dön |